UEFA prezidenti: Dünya çempionatının qışda keçirilməsi futbola fayda vermədi
Bakı, 4 dekabr, AZƏRTAC
“Son dünya çempionatının qışda keçirilməsi futbola fayda vermədi”.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA-nın prezidenti Aleksander Çeferin xarici KİV-ə açıqlamasında Qətərin ev sahibliyi etdiyi DÇ-2022-nin qış aylarında keçirilməsi barədə danışarkən deyib.
O, bildirib ki, qurum ayrı-seçkilik və sui-istifadənin bütün formaları ilə mübarizə aparmaq üçün əlindən gələni edir: “Amma heç kim turnirdən şəxsi və ya siyasi maraqlar üçün istifadə etməməlidir. Mən bir şeyə əminəm ki, son mundial futbol üçün yaxşı təcrübə deyildi və bunu təkrarlamaq ağılsızlıq olar. Bu, oyun təqvimində həddən artıq yüklənmə yaradar”.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçirilib. Turnirin qalibi Argentina yığması olub. 2026-cı il mundialına ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]