UEFA “PSJ” klubunu 43 min avro cərimələdi
Bakı, 23 mart, AZƏRTAC
UEFA-nın intizam komitəsi Çempionlar Liqasının 1/8 finalında “PSJ”nin “Real” (1:2) ilə cavab görüşü zamanı fransız azarkeşlərin davranışına görə “PSJ” klubunu cərimələyib.
AZƏRTAC xəbər verir ki, UEFA-nın “PSJ”yə cərimə tətbiqi fanatların alov şousu ilə bağlıdır. Azarkeşlər azı 150 fayerdən istifadə ediblər ki, nəticədə oyun iki dəqiqə dayandırılıb. Onlar, həmçinin lazer fanarlardan istifadə ediblər.
“PSJ” klubu isə təhlükəsizlik qaydalarını pozub - stadionda zəif nəzarət olub, qəza çıxışı bağlı olub.
UEFA Avropa Kubokunun növbəti matçlarında “PSJ”nin fanat tribunasını bağlamaq barədə də qərar verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:00]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]