Uels yığması 64 ildən sonra dünya çempionatında iştirak etmək hüququ qazanıb
Bakı, 5 iyun, AZƏRTAC
Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına Avropa zonasından son vəsiqənin sahibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, komanda pley-off mərhələsinin final qarşılaşmasında Ukraynaya qalib gəlib - 1:0. Matçın 34-cü dəqiqəsində Ukrayna millisinin futbolçusu Andrey Yarmolenko avtoqol müəllifi olub.
Uels millisi ilk və sonuncu dəfə 1958-ci il dünya çempionatında mübarizə aparıb. Həmin vaxt bu komandanın qarşısını dörddəbir finalda Braziliya yığması 1:0 hesablı qələbə ilə kəsib.
Uels yığması dünya çempionatında B qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri İngiltərə, İran və ABŞ olacaq.
Dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]