Ukrayna kəşfiyyatı: Rusiyanın intensiv hücumu yazın sonu, yayın əvvəlinə gözlənilir
Kiyev, 7 aprel, AZƏRTAC
Rus qoşunlarının intensiv hücumu yazın sonu, yayın əvvəlinə gözlənilir. Eyni zamanda, düşmən üçün strateji istiqamət Pokrovskdur və onların Donetsk vilayətinin Çasov Yarına qədər irəliləmələri istisna olunmur.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov Almaniyanın ARD telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, yazın sonu və yayın əvvəlində, xüsusən də Donbasda Rusiyanın hücumlarının artması gözlənilir.
“Onlar Çasov Yarına doğru bir az irəliləyəcəklər. Pokrovsk şəhəri, strateji istiqaməti olan Pokrovsk istiqamətində hərəkət edəcəklər”, - deyə o bildirib.
Budanov, həmçinin hesab edir ki, Rusiyanın gözlənilən hücumu başlamazdan əvvəl cəbhədə ciddi dəyişikliklər olmayacaq.
“Vəziyyət olduqca mürəkkəbdir, lakin nəzarət altındadır”, - deyə Baş Kəşfiyyat İdarəsinin rəhbəri vurğulayıb.
Kirill Budanov bu il Ukraynanın hücumunu da istisna etməyib.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]