Ukrayna KİV-ləri Azərbaycanda keçirilən parlament seçkilərinə geniş yer verir
Kiyev, 9 fevral, AZƏRTAC
Ukraynanın tanınmış kütləvi informasiya vasitələrində Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı məlumatlar dərc edilib.
AZƏRTAC xəbər verir ki, UKRİNFORM, “İnterfaks-Ukrayna” informasiya agentliklərində, “Qolos-Ukrayna” qəzetində, “Butik-Media” nəşrində yayılan məlumatlarda Milli Məclisə seçkilərlə bağlı statistik rəqəmlər yer alıb, yaradılan şəraitdən bəhs olunub.
Məlumatlarda, həmçinin Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri edən amillərə, həyata keçirilən islahatlara da toxunulur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev