UKRAYNA NÜMAYƏNDƏ HEYƏTİ SUMQAYITDA OLMUŞDUR
Şəhərin gənclər, idman və turizm baş idarəsinin rəisi Musa Həsənovla Ukrayna nümayəndə heyətinin başçısı İqor Pekarevin görüşündə birgə fəaliyyətin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmış, əməkdaşlığın öncül istiqamətləri müəyyənləşdirilmişdir.
Çoxdan bəri qardaşlaşmış Sumqayıt və Çerkassı şəhərləri arasında dostluq əlaqələrinin daha da dərinləşdirilməsinin zəruriliyi vurğulanmışdır.
Görüş iştirakçıları bir-birinə xatirə hədiyyələri və kitablar bağışlamışlar.
Sonra qonaqlar Sumqayıtın tarixi, görməli yerləri ilə tanış olmuşlar.