Ukrayna Prezidenti: Rusiya heç bir ərazini hədiyyə almayacaq
Kiyev, 19 oktyabr, AZƏRTAC
Rusiya heç bir ərazini hədiyyə almayacaq, Ukrayna və onun müttəfiqləri ədalətli sülhə nail olmaq üçün bu ölkəyə təzyiqləri artıracaq.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O deyib ki, indi Avropa ilə bağlı uzunmüddətli əməkdaşlığa və nəzərəçarpacaq nəticələrə ehtiyac var. "Demək olar ki, hər gün Avropa liderləri ilə ünsiyyətdə oluram. Bizim Avropa ilə Rusiyaya düzgün təzyiqlə bağlı ortaq mövqeyimiz var. Biz təcavüzkara heç nə verməyəcəyik və heç nəyi unutmayacağıq. Biz Rusiyanın uzunmüddətli təhlükə olduğunu açıq şəkildə görürük", - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, bu bəyanat Amerika Birləşmiş Ştatları mətbuatında Rusiya Prezidenti Vladimir Putinin Ukraynada ərazi güzəştlərinə getməyə hazır olması iddiası ilə bağlı yayılan xəbərlər fonunda verilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [22:42]
Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər
- 27.10.2026 [20:18]
Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq
- 27.10.2026 [19:17]
Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq
- 27.10.2026 [18:58]
Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir
- 27.10.2026 [18:51]
Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir
- 27.10.2026 [18:35]
“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb
- 27.10.2026 [17:58]