UKRAYNA TƏCRÜBƏSİ AZƏRBAYCANDA TƏTBİQ EDİLƏCƏKDİR
Azərbaycanın orta ümumtəhsil məktəblərində futbolu tədris etmək məqsədilə Ukrayna təcrübəsi yaxından öyrəniləcəkdir.
Bu barədə jurnalistlərə oktyabrın 27-də AFFA-da keçirilmiş mətbuat konfransında qurumun birinci vitse-prezidenti Rauf Əliyev bildirmişdir.
R.Əliyev demişdir ki, bu gün MDB ölkələrindən yalnız Ukraynanın orta ümumtəhsil məktəblərində futbol idman dərslərində şagirdlərə tədris olunur. Məsələ ilə ciddi məşğul olmaq niyyətində olduğunu deyən R.Əliyev artıq ukraynalı mütəxəssislərlə danışıqların aparıldığını söyləyərək, bu yaxınlarda onların bir qrupunun Bakıya gələcəyini bildirmişdir. Məhz bundan sonra Azərbaycanda futbolun orta məktəblərdə tədrisi üçün proqram hazırlanacaqdır.
Bundan əlavə bu yaxınlarda Gənclər və İdman Nazirliyinin bir qrup mütəxəssisi Böyük Britaniyaya səfər edərək İngiltərə Premyer Liqasının klublarında uşaq futbol akademiyalarının yaranma tarixi, iş strukturu, məşqçilik, inkişaf və təhsil proqramları ilə tanış olmuş, həmçinin komandalarla ümumtəhsil məktəbləri arasındakı əlaqələri öyrənmişlər. Onların hazırladıqları hesabat yaxın vaxtlarda geniş ictimaiyyətə təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]