UKRAYNADA DƏHŞƏTLİ ACLIĞIN TƏDQİQATÇISININ XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLƏCƏK
Sərəncama əsasən, Meysin Kiyevdə abidəsi qoyulacaq, küçələrdən birinə, bəzi təhsil ocaqlarına və elmi tədqiqat müəssisəsinə onun adı veriləcəkdir. Ukrayna Milli Elmlər Akademiyası tədqiqatçının elmi və publisistik əsərlərini nəşr etdirəcək, habelə onun həyat və fəaliyyəti haqqında sənədli telefilm çəkiləcək, teleradio verilişləri hazırlanacaqdır.
C.Meys 1952-ci ildə ABŞ-da doğulmuş, 1983-86-cı illərdə Robert Konkvest ilə birlikdə “Qəm zəmisi” kitabı üzərində işləmişdir. Alim 1930-cu illərin Qolodomor mövzusunda bir sıra elmi və publisistik materiallar yazmışdır. 1986-cı ildə Meys Ukraynada aclığın öyrənilməsi üçün ABŞ Konqresinin yaratdığı komissiyaya başçılıq etmişdir. Komissiya sübuta yetirmişdir ki, Qolodomor Ukrayna xalqına qarşı mütəşəkkil soyqırımı idi. Tədqiqatçı 1993-cü ildən Ukraynada yaşamış, Kiyev-Mogila Akademiyasında dərs demişdir. Meys 2004-cü ildə dünyasını dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]