Ukraynada “pnevmoniya” diaqnozlu xəstələrin sayı xeyli artıb
Kiyev, 29 iyun, AZƏRTAC
Ukraynada “pnevmoniya” diaqnozlu xəstələrin sayı xeyli artıb. May ayı ilə müqayisədə həmin xəstələrin sayı təxminən iki dəfə çoxalıb.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə naziri Maksim Stepanov brifinqdə bəyan edib. O xatırladıb ki, Səhiyyə Nazirliyi hələ aprel ayında pnevmoniyalı xəstələri COVID-19-un məcburi test siyahısına daxil edib. O dövrdə ölkədə 5 minə yaxın pnevmoniyalı xəstə qeydə alınıb.
“Mayın 11-də ölkədə həftə üzrə 2 min 143 nəfərdə pnevmoniya aşkarlanıb. Bu günədək hər həftə 4 min belə xəstə qeydə alınır. Ağırlaşmalar əsasən COVID-19-un yaratdığı fəsadlar nəticəsində baş verir”, - deyə Səhiyyə naziri bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]