Ukraynalı ekspert: Azərbaycan səfirliyinə silahlı hücum beynəlxalq qanunların pozulmasıdır
Kiyev, 27 yanvar, AZƏRTAC
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum beynəlxalq qanunların pozulmasıdır. Heç bir ölkənin diplomatları təcavüzkarların qurbanına çevrilməməlidir.
Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Analitik Mərkəzinin rəhbəri, ekspert Oleksandr Oxrimenko söyləyib.
Ekspertin sözlərinə görə, Tehranda Azərbaycan səfirliyinə hücum bir daha göstərir ki, İranda normal və sivil hakimiyyəti təmin etmək lazımdır. O zaman beynəlxalq qanunlar pozulmaz, hətta diplomatlar ölkələr arasında mədəni və işgüzar dostluq əlaqələrinin inkişafı ilə məşğul olarlar, təcavüzkarların qurbanına çevrilməzlər.
Oleksandr Oxrimenkonun sözlərinə görə, İran və Rusiya kimi ölkələrin elə bir siyasi rejimləri var ki, bu, bütün dünya ölkələri üçün həmişə problem olacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]