Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukraynalılar ağır müharibə şəraitində Xocalı soyqırımını anırlar VİDEO

Kiyev, 26 fevral, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində faciə qurbanlarının xatirəsinə həsr olunan anım gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Kiyevin məşhur “Jovten” kinozalında keçirilən anım gecəsində Ukrayna Ali Radasının deputatları, Xarici İşlər, Ədliyyə nazirliklərinin əməkdaşları, bu ölkədə akkreditə olunmuş səfir, diplomatlar, Krım Tatarları İcmasının rəhbərliyi, həmçinin ukraynalı tarixçilər, alimlər, ali təhsil ocaqlarının müəllim, tələbə heyəti, Azərbaycanın diaspor fəalları və yerli media nümayəndələri iştirak ediblər.

Anım gecəsində Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filminin nümayişindən əvvəl faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verərək qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal edərək dinc əhaliyə qarşı kütləvi qırğın törədiblər. Bu qanlı gecədə 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla 613 nəfər həlak olub. Səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq yetim qalıb. 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.

“Əgər dünya ictimaiyyəti Xocalı soyqırımına vaxtında hüquqi qiymət versəydi, bəlkə də dünyanın başqa yerlərində baş vermiş sonrakı soyqırımlarının qarşısını almaq olardı. Burada bir sadə həqiqəti xatırlamalıyıq - cəzasızlıq yeni cinayətlər doğurur”, - deyə diplomat əlavə edib.

Səfir vurğulayıb ki, bu günlərdə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın iştirakı ilə yayılan videogörüntülər və onun açıqlamaları azərbaycanlıların qovulmasının Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın siyasətinin tərkib hissəsi olduğunu təsdiqləyir. Ter-Petrosyanın açıqlamaları faktiki olaraq Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində ermənilərin qorxutmaq məqsədilə Xocalıda dinc azərbaycanlıların kütləvi şəkildə qətlə yetirildiyini açıq və birmənalı etiraf edib.

“Lakin Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarını işğal etmək kimi böyük planları pozuldu. Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Xocalı 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin birgünlük antiterror tədbirləri nəticəsində 30 ildir davam edən erməni işğalından azad edilib”, - deyə səfir xatırladıb.

Sonra çıxış edən “Sonsuz dəhliz” sənədli filminin əsas yaradıcılarından olan, Xocalı soyqırımını işıqlandıran litvalı jurnalist Riçard Lapaytis 1992-ci il fevral ayının sonu və martın əvvəlində Ağdamda gördükləri və yaşadıqları ilə bağlı xatirələrini bölüşüb.

“Ukraynada gedən müharibə zamanı, bu ölkədə Xocalı soyqırımı ilə bağlı həqiqətləri bir daha görmək önəmlidir. Çox istərdim ki, Ukrayna cəmiyyəti bir daha 1992-ci il fevralın 25-dən 26-na keçən gecə hansı vəhşiliklərin baş verdiyinin şahidi olsun”, - deyə litvalı hərbi jurnalist əlavə edib.

Xocalı soyqırımı baş verəndə cəmi 23 yaşı olduğunu deyən Riçard Lapaytis Ağdam məscidi yaxınlığında xocalılı ananın dediklərini xatırladıb.

“O vaxt Azərbaycan geniş informasiya blokadasında idi. Xocalı soyqırımından möcüzə şəklində sağ qalan bir qadın Ağdamda mənə yaxınlaşaraq dedi: “Oğlum, nə düşünürsən, bizim haqqımızda heç olmasa bir həqiqəti yazırlar? Mən bilmirəm hansı ölkədən gəlmisən, hansı qəzeti təmsil edirsən, ancaq xahiş edirəm, öz ölkənə qayıdandan sonra Xocalı hadisələrindən heç olmasa, bir cümləlik həqiqəti yaz”. Bilirsiniz, artıq illər keçib, mən xocalılı qadına, anaya verdiyim vədi yerinə yetirirəm. Bu gün Kiyevdə yenidən XX əsrin ən dəhşətli Xocalı soyqırımı yad edilir”, - deyə Riçard Lapaytis bildirib.

Daha sonra “Sonsuz dəhliz” filmi Ukrayna dilinə tərcümə olunmuş subtitrləri ilə nümayiş etdirilib. Anşlaq olan kinozalda bütün iştirakçılar dövrün hadisələrinin dəhşətli mənzərəsindən heyrətə gəliblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ukraynalılar ağır müharibə şəraitində Xocalı soyqırımını anırlar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO