Ukraynanın daha 3 gəmisi Odessa limanlarını tərk edib
Kiyev, 8 dekabr, AZƏRTAC
“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynanın 13,3 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 532 gəmi Ukrayna limanlarını tərk edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Taxıl dəhlizi"nin həyata keçirilməsi çərçivəsində dekabrın 3-də Ukraynanın ərzaq məhsulları ilə dolu daha 3 gəmisi Odessa limanlarını tərk edib.
Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 80 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Afrika ölkələrinə yola salınıb.
Hazırda Odessa limanlarında 20 gəmi emal mərhələsindədir. Onlar 557,4 min ton Ukrayna kənd təsərrüfatı məhsulunu yükləyirlər.
Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:55]
NATO-nun Baş katibi Vaşinqtonda Trampla görüşəcək
- 19.06.2026 [12:54]
Pakistan tam elektron pasport sisteminə keçməyə hazırlaşır
- 19.06.2026 [12:47]
“Euractiv”: Avropa dron İstehsalında Çindən asılı olaraq qalır
- 19.06.2026 [12:46]
Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq
- 19.06.2026 [12:41]
Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]