Ukraynanın “ECO orqanik” şirkəti “Ekol Mühəndislik Xidmətləri” QSC ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 12 aprel (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Ukraynanın “ECO orqanik” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə “ECO orqanik” şirkətini Ukraynanın Azərbaycandakı sabiq səfiri Boris Aleksenko, idarə heyəti sədrinin məsləhətçisi Eduard Deredyuk təmsil etmişlər.
“ECO orqanik” şirkətinin nümayəndələri QSC haqqında məlumatlı olduqlarını və qurumun Azərbaycanda çirklənmiş torpaqların təmizlənməsi sahəsində böyük nailiyyətlər əldə etdiyini vurğulayaraq, əməkdaşlıqda maraqlı olduqlarını bildirmişlər. Görüşdə ukraynalı həmkarlar torpaqların bioremediasiyasında “ECO orqanik” şirkətinin orqanik maddəsindən istifadə olunması təklifini irəli sürmüşlər. Qərara alınmışdır ki, şirkətin torpaqların təmizlənməsində istifadə etdiyi orqanik maddənin QSC-də sınağı keçirilsin və bu sınağın nəticələri növbəti görüşlərdə müzakirə olunsun.
Tədbirdə QSC-nin baş direktoru Ramil Əliyev ekoloji layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq etməyə hazır olduqlarını və bunun planetimizin ümumi ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcəyini qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]