Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı ilə bağlı bilbordlar yerləşdirilib
Krivoy Roq, 23 fevral, AZƏRTAC
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımının 30 illiyi münasibətilə bilbordlar quraşdırılıb.
Ukrayna Azərbaycanlıları Konqresinin Krivoy Roq şəhər təşkilatının təşəbbüsü ilə keçirilən anım aksiyasında nümayiş etdirilən bilbordlarda “Xocalı soyqırımı!”, “Heç kim, heç nə unudulmur!” şüarları yazılıb, Xocalı soyqırımının rəmzi “Ana fəryadı!” heykəli əks olunub.
Ukrayna Azərbaycanlıları Konqresinin Krivoy Roq şəhər təşkilatının sədri Rəmzi Rzayev AZƏRTAC-a bildirib ki, Xocalı soyqırımı ilə bağlı şəhərin mərkəzi və çıxış hissələrində 5 bilbord yerləşdirilib. Bilbordlar martın 15-dək nümayiş olunacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Krivoy Roq