Ukraynanın Sumı şəhərinin mərkəzi küçələrinə “Qarabağ Azərbaycandır!” bilbordları yerləşdirilib
Kiyev, 7 dekabr, AZƏRTAC
Azərbaycanın qazandığı şanlı Qələbə münasibətilə Ukraynanın Sumı şəhərinin mərkəzi küçələrinə “Qarabağ Azərbaycandır!” bilbordları yerləşdirilib.
Bu barədə AZƏRTAC-a layihənin müəllifi “Qobustan” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Mehriban Salmanova məlumat verib.
Bilbordlar Sumının iki mərkəzi küçəsində yerləşdirilib və bir ay ərzində qalacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev