Ukraynanın xarici işlər naziri sabah Çinə səfər edəcək
Bakı, 22 iyul, AZƏRTAC
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba iyulun 23-də Çinə səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib. Onun sözlərinə görə, səfər Çin Xarici İşlər Nazirliyinin dəvəti ilə reallaşacaq.
Ukrayna XİN-dən bildiriblər ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlıqdan əlavə, Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması məsələsinin müzakirəsi planlaşdırılır. “Görüşlər və danışıqlar zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq”, - deyə XİN-in rəsmi nümayəndəsi Georgi Tixiy qeyd edib.
2023-cü il fevralın 24-də Çin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair 12 bənddən ibarət plan təqdim edib. Pekinin əsas təklifləri sülh danışıqlarının bərpası və hərbi əməliyyatların dayandırılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]