Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu öndər Heydər Əliyevə ümumxalq məhəbbətinin ifadəsi

Mayın 10-da ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını on minlərlə insan ziyarət edib

Bakı, 10 may, AZƏRTAC

Fəaliyyətinin bütün dövrlərində xalqı üçün əvəzolunmaz xidmətlər göstərmiş, müstəqil Azərbaycanı dünyada tanıtmış ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Fəxri xiyabanda ümumxalq ziyarəti ilə qeyd edilib. Burada yaşanan izdiham xalqın ulu öndər Heydər Əliyevə tükənməz məhəbbətinin daha bir parlaq təzahürünə çevrilib.

Fəxri xiyabana üz tutan hər kəs ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini, liderlik və xilaskarlıq missiyasını şərəflə yerinə yetirdiyini yaxşı xatırlayır. Ümummilli Liderin Azərbaycan naminə gördüyü işlər ona tarixdə və yaddaşlarda əbədiyaşarlıq qazandırıb.

Heydər Əliyev böyük azərbaycanlı idi və qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu dahi şəxsiyyətdən söhbət düşəndə hər kəs, ilk növbədə, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin etdiyini xüsusi vurğulayır. Təsadüfi deyil ki, dahi şəxsiyyətin uyuduğu Fəxri xiyaban xalqımızın müqəddəs ziyarətgahına çevrilib.

Bu may səhəri də qədirbilən insanlar müasir tariximizin təxminən 35 illik çox mühüm dövründə silinməz iz qoymuş böyük şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmək üçün Fəxri xiyabana axışırdılar. Ziyarətçilər arasında bütün nəsillərin nümayəndələrinə rast gəlmək olurdu.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması prosesi başlayıb. Milli-mənəvi dəyərlər dirçəlib, müasir dövrün məzmununa uyğun multikultural və tolerant ənənələr bərqərar olub. Məhz buna görədir ki, Azərbaycanda yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələri Fəxri xiyabana gələrək dahi şəxsiyyət və bəşəri insan olan Heydər Əliyevin xatirəsi qarşısında baş əyirdilər.

AZƏRTAC-ın müxbirləri Fəxri xiyabanı ziyarət edən müxtəlif nəsillərin nümayəndələrindən, ayrı-ayrı peşə sahiblərindən müsahibələr alıblar.

Hər zaman elm adamlarına, mədəniyyət xadimlərinə, yaradıcı insanlara böyük diqqət və qayğı göstərən Ümummilli Liderin xatirəsi bu gün də onlar tərəfindən böyük ehtiramla yad edilir.

“Hamı kimi mən də ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramımı bildirmək üçün hər il Fəxri xiyabana gəlirəm. Heydər Əliyevin və Zərifə xanımın abidələrinə böyük məmnunluq hissi ilə baxıram. Onların abidələrini ən dəyərli əsərlərimdən sayıram. Bu abidələrə baxanda həmişə bir müəllif kimi qürur hissi keçirirəm. Taleyimə minnətdaram ki, Ulu Öndərin məzarüstü abidəsini və Zərifə xanımın abidəsini yaratmaq səadəti mənə nəsib olub”, - deyə Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov bildirib.

Ulu Öndərin bu və digər xidmətlərini minnətdarlıq hissi ilə xatırladan Ömər Eldarov deyib ki, Heydər Əliyev müdrik siyasəti, əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının həyata keçməsinə nail olub, xalqımızın müstəqillik arzusunu gerçəkləşdirib. Bu dahi şəxsiyyətin Azərbaycan mədəniyyətinin qorunub saxlanılmasında və inkişafında da rolu ölçüyəgəlməzdir. Ümummilli Lider mədəniyyət və incəsənət xadimlərinə həmişə xüsusi diqqət göstərib. Bunu, ilk növbədə, onun daxili tələbatı ilə, bioqrafiyasındakı bəzi faktlarla izah etmək olar. Axı o, arxitektor, rəssam olmaq istəyirdi. Sovet illərində Ulu Öndərin böyük diqqət və qayğısı sayəsində Azərbaycanın bir sıra mədəniyyət və incəsənət xadimləri Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdü.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı söhbətə qoşularaq bildirib ki, Heydər Əliyevin xalqımızın öz milli varlığını təsdiq etməsində, müstəqil dövlətimizin qurulmasında və güclənməsində, ölkəmizin dünya miqyasında tanınmasında xidmətləri əvəzsizdir.

“Ulu Öndər həmişə elm, təhsil və mədəniyyət sahələrinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Heydər Əliyev çağdaş Azərbaycanın inkişaf istiqamətlərini müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanaraq tarixi şəxsiyyətə çevrilib. Ölkəmizin qazandığı uğurlar məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya ilə bağlıdır, - deyə M.Qasımlı vurğulayıb. - Heydər Əliyevin həyat və fəaliyyəti Vətənə və xalqa sonsuz bağlılığın parlaq nümunəsi olmaqla, mənəvi kamilliklə siyasi müdrikliyin bütövlüyünü təcəssüm etdirir. Böyük şəxsiyyətin müdrik və uzaqgörən inkişaf strategiyası, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti müstəqilliyin ilk illərində respublikada baş verən xaos və anarxiya elementlərinin qısa müddətdə aradan qalxmasına, dərinləşən sosial-iqtisadi böhranın qarşısının alınmasına imkan verib”.

Fəxri xiyabana gələnlər arasında gənclər çoxluq təşkil edirdilər. Bu da təsadüfi deyil. Xalqımızın ümummilli lideri Heydər Əliyev savadlı, bacarıqlı, vətənpərvər gənclərə daim qayğı ilə yanaşır, onlara böyük etimad bəsləyirdi. Onun gənc nəslin inkişafına göstərdiyi diqqət və qayğı yaddaşlardan silinməyib və bu gün də ehtiramla anılır.

Hər il ulu öndər Heydər Əliyevin doğum günündə dostları ilə Fəxri xiyabana gələrək dahi liderin məzarını ziyarət etdiyini və bunu özünə mənəvi borc saydığını vurğulayan Nəzərbəy Hacıağayev deyib: “Bu gün Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bu siyasətin təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider gənclərin elmə, savada yiyələnmələrinə, onların yüksək təhsil almalarına xüsusi diqqət yetirirdi. Bütün bunlar Azərbaycan gəncliyinin həyatında dərin izlər buraxıb. Məhz bu siyasətin nəticəsində bu gün Azərbaycan gəncləri dünyanın ən nüfuzlu universitetlərində təhsil alırlar. Hazırda bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir”.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə əhalinin rifah halının yaxşılaşdırılmasına çalışırdı. Xüsusən müstəqil ölkəmizdə etibarlı sosial müdafiə sisteminin qurulması üçün ardıcıl tədbirlər həyata keçirir, bu istiqamətdə mühüm fərman və sərəncamlar imzalayırdı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, ümummilli lider Heydər Əliyev müstəqil ölkənin güclü iqtisadi potensialının formalaşdırılmasına yönələn uğurlu islahatların müəllifi olmaqla yanaşı, eyni zamanda, yeni iqtisadi münasibətlərə uyğun etibarlı sosial müdafiə sisteminin qurulması, milli iqtisadiyyatın sosialyönümlü inkişafı, əhalinin rifah halının yüksəldilməsi istiqamətində də mühüm tədbirlərin həyata keçirilməsini təmin edib. Təsadüfi deyil ki, 1995-2003-cü illərdə respublikamızda sosial rifah göstəriciləri ildən-ilə əhəmiyyətli şəkildə yüksəlib, o cümlədən pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artıb.

“Ulu Öndərin müdrik və uzaqgörən siyasi kursunun 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, bütün sahələrdə olduğu kimi, sosial sahədə də ölkəmizin mühüm nailiyyətlər əldə etməsinə imkan verib. Bunun əyani nəticəsini bu faktlardan aydın görmək olar: son 13 ildə respublikamızda ümumi daxili məhsul istehsalı 8,4 dəfə, əhalinin gəlirləri 7,9 dəfə, orta aylıq əməkhaqqı 6,4 dəfə, eləcə də 2006-cı ildən qurulan müasir sığorta pensiya sistemi, məqsədyönlü sosial müdafiə tədbirləri nəticəsində pensiyaların orta aylıq məbləği 6,4 dəfə artıb, ölkədə 1,7 milyon iş yeri açılıb, yoxsulluq və işsizlik səviyyəsi 5 faizə enib”, - deyə Elman Babayev qeyd edib.

Fəxri xiyabana ziyarətçilər arasında Azərbaycanın bütün guşələrindən gələn insanları da görmək olardı. Onlardan biri - Gəncə sakini, xalça ustası Mətləb İmanov deyib: “Ulu Öndərin həm doğum günündə, həm də anım günündə Fəxri xiyabana gələrək məzarını ziyarət edirəm. Ömrümün sonunadək də hər il ziyarətə gələcəyəm”.

Xalça ustası 2014-cü ildə üzərində ulu öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın yanaşı təsviri olan xalça toxuduğunu söyləyib.

X X X

Fəxri xiyabana insan axınının ardı-arası kəsilmirdi. Bu insanlar özlərinin Ümummilli Liderinə, Xilaskarına dərin ehtiramlarını ifadə etmək üçün axın-axın buraya gəlirdilər.

Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə yurd salmaq heç də bütün dövlət rəhbərlərinə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları gələcəyə gedən yollarımızı hələ uzun illərboyu işıqlandıracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 Oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

III Milli Rəqabət Forumu işə başlayıb

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb