Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bilik yarışı keçirilib
Bakı, 6 dekabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən Şabran şəhər Ağsaqqallar evində məktəblilər arasında bilik yarışı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Üç turda keçirilən yarışın hər turunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixi, tarixi abidələrimiz və İkinci Qarabağ müharibəsinə dair suallar səsləndirilib.
Qalib komandalar üç tur üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Roman Yusifov adına 2 nömrəli tam orta məktəb-lisey birinci, Səməndər Zülfüqarov adına 3 nömrəli tam orta məktəb ikinci, Tofiq Abbasov adına 1 nömrəli məktəbin komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komandalara mükafatlar təqdim olunub.