Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual yarış keçirilib
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin “İSE STEP” klubun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, yarışda I, II və III kurs tələbələrindən ibarət 8 komanda qələbə uğrunda mübarizə aparıb. Bilik yarışında Qəzənfər İsmayılov (kapitan), Sücayət İslamzadə, Salman Əmirli, Nuranə Tahirzadə və Ayxan Ağazadənin təmsil olunduğu “Victors” komandası qalib gəlib.