ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi yad olunmuşdur.
Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov xalqımızın müdrik oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən, zəngin idarəçilik təcrübəsindən, yüksək təşkilatçılıq bacarığından danışmış, ulu öndərimizin nurlu ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevi yekdilliklə dəstəklədiklərini bildirmişdir.
Dahi rəhbərimiz Heydər Əliyevin elm və təhsilimizə daim diqqət və qayğı göstərdiyini nəzərə çarpdıran rektor, ümummilli liderimizin zəngin siyasi irsinin daha dərindən öyrənilməsinin zəruriliyini vurğulamışdır.
Professorlar Akif Bayramov, Səttar Səfərov, dosent Sadıq Səlimov və digər natiqlər də ulu öndərimizin liderlik keyfiyyətlərindən bəhs etmiş, ideyalarının əbədi yaşayacağını bildirmişlər.
Sonra tələbələrin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]