Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılıblar
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “Ulu Öndərin yolu ilə” mövzusunda esse müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş müsabiqə Dövlət Agentliyi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin birgə tərəfdaşlığı çərçivəsində təşkil edilib.
Mərasimdə Agentliyin sədri Ülvi Mehdiyev, Kompleksin icraçı direktoru Tural Abbasov, şagirdlər, ASAN könüllüləri və başqaları iştirak ediblər.
Layihənin məqsədi Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi, uşaqlarda vətənpərvərlik hisslərinin, milli kimliyə bağlılığın və liderlik bacarıqlarının gücləndirilməsidir.
Müsabiqə 5–11-ci sinif şagirdləri arasında keçirilib.
Mərasimdə qaliblərə diplom və sertifikatlar, eyni zamanda, xatirə hədiyyələri təqdim olunub.
Məktəblilər “ASAN xidmət” mərkəzi ilə tanış olublar.