ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ MƏRASİM
Bakı Şəhər Mədəniyyət İdarəsinin keçirdiyi tədbirdə mədəniyyət xadimləri, uşaq musiqi məktəblərinin, mədəniyyət müəssisələrinin, muzeylərin rəhbərləri, mətbuat nümayəndələri iştirak etmişlər.
Mərasimin əvvəlində ölkəmizin Dövlət himni səslənmişdir. Ulu öndərimizin əziz xatırəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ümummilli lider Heydər Əliyevin vəfatının ikinci ildönümü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi Həsənağa Qurbanov, Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin direktoru Sevda Dadaşova, Cəlil Məmmədquluzadənin mənzil-muzeyinin direktoru Pəri Mahmudova, xalq artistləri Məleykə Əsədova, Avtandil İsrafilov, əməkdar artistlər Elxan Əhədzadə, İlham Əsgərov və başqaları həyatını dövlətin və xalqın tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti, misilsiz xidmətləri barədə xatirələrini danışmış, dahi şəxsiyyətə həsr olunmuş mahnı və şeirlər ifa etmişlər.