Ülvi Mehdiyev: “ASAN xidmət” modeli Birləşmiş Ərəb Əmirliklərində tətbiq olunacaq
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan istər dövlət idarəetməsi, istər dövlət xidmətləri sahəsində müasir innovasiyaların geniş tətbiq olunduğu bir ölkədir. Ölkə başçısının tapşırığı ilə bu sahədə ciddi işlər gedir. “ASAN xidmət” konsepsiya olaraq innovasiyaların dövlət idarəetməsinə və dövlət xidmətlərinə tətbiqinin əyani nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə müsahibəsində deyib.
“Birləşmiş Ərəb Əmirlikləri bu sahədə kifayət qədər inkişaf etmiş, öz modelləri, həlləri olan bir ölkədir. İki ölkə arasında geniş təcrübə mübadiləsinin aparılmasına və Azərbaycanın “ASAN xidmət” modelinin Əmirliklərdə, onların “Hökumət Akselerasiya Proqramı”nın və digər innovativ həllərinin Azərbaycanda tətbiqinə dair razılıq əldə olunub”, - deyə Ü.Mehdiyev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:28]
“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [13:00]
Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB
- 30.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 30 sentyabr
- 30.09.2026 [11:10]