Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar iməcilik keçirilmişdir
Bakı, 31 may (AZƏRTAC). Mayın 31-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun ətrafında salınmış yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə iməcilik keçirmişdir.
İməcilikdə nazirliyin 400-ə yaxın əməkdaşı magistral avtomobil yolunun kənarındakı 20 hektar ərazisində abadlıq işləri aparmış və ağaclara qulluq etmişlər.
Bu barədə AZƏRTAC-a ETSN-in mətbuat xidmətindən məlumat verilmişdir.
Məlumata görə, 5 iyun - Ümumdünya Ətraf Mühit Günü ərəfəsində rayonlarda da abadlıq işləri aparılaraq ərazilər məişət tullantılarından təmizlənmişdir.
Tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq, eyni zamanda, bu işə digər qurumları cəlb etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]