ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİ HEÇ VAXT UNUTMAYACAĞAM
Bu sözləri Bakı Dövlət Universiteti hüquq fakültəsinin tələbəsi, Prezident təqaüdçüsü Ülvi Zülfüqarov ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin Əcəmi seyrangahındakı büstü önündə onun əziz xatirəsini yad edərkən AZƏRTAC-ın müxbirinə demişdir. O, unudulmaz rəhbərimizlə 2001-ci ildə Prezident sarayında keçirilən toplantıda iştirak edərkən görüşdüyünə, ali məktəbə qəbul imtahanı zamanı ən yüksək bal toplayan 25 tələbə arasında Prezident təqaüdünə layiq görüldüyünə görə özünü xoşbəxt hesab etdiyini bildirmişdir. Ü.Zülfüqarov demişdir:
- Ümumilli liderimiz Heydər Əliyevin Naxçıvana son səfərini heç vaxt unutmayacağam. O zaman müdrik rəhbərimiz Şahbuz rayonunda bizim Kolanı kəndinin sakinləri ilə görüşündə mənim barəmdə belə demişdir: “Bax, belə bir kənddə belə bir gənc böyüyübdür, imtahan veribdir, fərqlənibdir və mənim xüsusi təqaüdümü almağa nail olubdur. Bu, ən böyük hadisədir...”