UNEC-də əcnəbi tələbələrin qəbulu davam edir
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, əcnəbi namizədlərdən UNEC-in saytında verilmiş link üzərindən qeydiyyatdan keçməklə lazım olan sənədləri sistemə daxil etmələri tələb olunur.
İkili vətəndaşlığı və daimi yaşayış icazəsi olmayan əcnəbi vətəndaşlar müraciət edə bilərlər. Müraciətlərin qəbulu avqustun 31-dək aparılacaq.
Qeyd edək ki, bakalavr diplomlarını xarici universitetlərdən almış namizədlərin diplomlarını Azərbaycanda nostrifikasiya etdirmələri tələb olunur. Nostrifikasiya üçün xarici diplomlara həmin ölkənin müvafiq strukturları tərəfindən apostil alınması lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:28]
Qarabağ və Şərqi Zəngəzurda arxeoloji tədqiqatlar bərpa edilib
- 22.09.2026 [13:20]
BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
- 22.09.2026 [13:14]
MEK elektron xidmətlərini təqdim edir
- 22.09.2026 [13:00]
Azərbaycanın Alban-xristian irsi: tarixi varislik və elmi-mədəni reallıq
- 22.09.2026 [11:41]
Azərbaycanda hər 100 nəfərdən 91-i internet istifadəçisidir
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]