UNEC-də konfrans: Azərbaycanda İslam maliyyəsi ixtisasının tədrisi problemləri
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) iyulun 1-də UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədovun moderatorluğu ilə “Azərbaycanda İslam maliyyəsi ixtisasının tədrisi problemləri” mövzusunda videokonfrans keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, konfrans Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, UNEC İslam Maliyyə Mərkəzi, İqtisadi Resursların Öyrənilməsi Mərkəzi, “Meybullayev” İslam İqtisadiyyatı Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin İstanbul Sabahattin Zaim Universitetinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Videokonfransa “Zoom” platforması üzərindən UNEC-in saytında yerləşdirilmiş link vasitəsilə qoşulmaq mümkündür.
Konfrans UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 15.10.2026 [10:32]
AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
- 14.10.2026 [19:41]