UNEC-ə qəbulda ən yüksək nəticə Rəqəmsal iqtisadiyyat fakültəsində olub
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsində birinci kurs tələbələri ilə görüş keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə fakültənin dekanı dosent Elman Cəfərov birinci kursları tələbə adını qazanmaları münasibətilə təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb. İqtisad Universitetinə bu il ən yüksək nəticə ilə (675 bal) qəbulun Rəqəmsal İqtisadiyyat fakültəsində olduğunu deyən E.Cəfərov bundan qürur duyduğunu və fakültəyə qəbul balının ildən-ilə yüksəldiyini diqqətə çatdırıb. Fakültəyə 5 ixtisas üzrə 355 tələbənin qəbul olduğunu, onlardan 94 tələbənin 600 və daha yüksək bal topladığını bildirib.
Görüşdə tələbələrə tədris prosesinin və imtahanların təşkili qaydaları, təqaüdlər, beynəlxalq mübadilə, UDİD və minor proqramları, startap layihələri, tələbə təşkilatları barədə ətraflı məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:23]
AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub
- 08.06.2026 [16:13]
BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub
- 08.06.2026 [15:57]
Dilçilik İnstitutunun şöbələri yarımillik hesabat verib
- 08.06.2026 [15:10]
Rumıniya elmi nəşrində "Varlıq" jurnalının milli kimlikdəki rolu araşdırılıb
- 08.06.2026 [15:04]
BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub
- 08.06.2026 [14:59]