UNEC ilə İstanbul Texniki Universiteti əməkdaşlıq edəcək
Bakı, 18 dekabr, AZƏRTAC
Türkiyənin İstanbul Texniki Universitetinin (İTU) rektoru professor İsmayıl Koyuncunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradovun və struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə İTU-nun nümayəndə heyətinə UNEC-də tədris edilən ixtisaslar, ikili diplom proqramları, beynəlxalq reytinq, ixtisaslaşmış laboratoriyalar və s. barədə ətraflı məlumat verilib.
Sonra iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Görüşdə UNEC ilə İTU-nun beynəlxalq reytinqlərdə mövqelərinin daha da yüksəldilməsi, ikili diplom proqramlarının həyata keçirilməsi, mühəndislik, informasiya texnologiyaları ixtisasları üzrə mütəxəssis hazırlığı, müəllim-tələbə mübadiləsi və digər istiqamətlərdə əməkdaşlıq barədə razılıq əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:51]
Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub
- 07.10.2026 [15:31]
Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil
- 07.10.2026 [14:23]