UNEC-in məzunları beynəlxalq yarışda uğur qazanıb
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “SABAH” qruplarının maliyyə ixtisasının 2019-cu il məzunları Elnur Namazov və Turqay Hüseynli Macarıstanda onlayn keçirilən “CFA Research Challenge” yarışında II yerə layiq görülüblər.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, məzunlar Macarıstan magistr proqramı çərçivəsində Budapeşt şəhərində yerləşən Korvinus Universitetində magistr təhsili alırlar.
Yarışın məqsədi tələbələrin maliyyə təhlili və professional etika üzrə intensiv hazırlığının artırılması, onların analitik və qiymətləndirmə, hesabat hazırlama və təqdimetmə bacarıqlarının müəyyən olunmasıdır.
Yarışmanın sonunda məzunların hər biri 30 min forint, Media Markt vauçeri +30k nağd və “CFA level 1” təqaüd sertifikatı əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]
“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib
- 07.10.2026 [16:29]
Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa
- 07.10.2026 [15:51]