UNEC QS Beynəlxalq Ticarət Reytinqində Qafqaz üzrə birinci oldu
Bakı, 24 oktyabr, AZƏRTAC
QS Beynəlxalq Ticarət Reytinqləri MBA 2026 (QS International Trade Rankings MBA/Masters 2026) açıqlanıb.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu nüfuzlu reytinqdə Azərbaycan və Qafqaz regionu üzrə birinci, dünya miqyasında isə 56-cı yerə yüksəlib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, QS Beynəlxalq Ticarət Reytinqləri dünyada qlobal biznes və ticarət üzrə ən yaxşı magistr proqramlarını müəyyən edir və əsas diqqəti ticarət yönümlü tədris məzmununa yönəldir.
Ticarət proqramının məzmunu göstəricisinə görə UNEC London İqtisadiyyat Məktəbi (LSE) və Vorvik Universiteti kimi aparıcı ali məktəbləri geridə qoyaraq dünyanın ilk 20 universiteti sırasında qərarlaşıb.
Məzun nəticələri üzrə də UNEC-in göstəricisi yüksəkdir — 82.8 bal. Məzunların işlə təmin olunma faizi 89.5 faiz təşkil edir ki, bu nəticə ilə UNEC LSE və Vorvikdən üstün mövqeyə yüksəlib.
İnnovativ tədris (“Experiential Learning”) altindikatoru üzrə isə UNEC-in tədris metodikası Tsinxua və LSE kimi dünyanın aparıcı universitetləri ilə eyni səviyyədə qiymətləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]