UNEP-in hesabatı: 2040-cı ilədək plastik çirkləndirməni 80 faiz azaltmaq olar
Bakı, 17 may, AZƏRTAC
Mövcud texnologiyalardan istifadə edərək, 2040-cı ilədək plastik çirkləndirməni 80 faiz azaltmaq olar. Bunun üçün siyasətdə ciddi dəyişikliklər etmək lazımdır, üstəlik həm dövlətlər, həm də özəl sektor səy göstərməlidir. AZƏRTAC xəbər verir ki, BMT-nin Ətraf mühit Proqramının (UNEP) yeni tədqiqatının müəllifləri bu nəticəyə gəliblər.
Hesabat Parisdə danışıqların ikinci raundu ərəfəsində dərc edilib və plastiklə çirkləndirmə ilə mübarizəyə dair qlobal sazişə həsr olunacaq. Sənəd plastik çirkləndirmənin dayandırılması və qapalı dövrənin iqtisadi modelinin yaradılması üçün lazım olan dəyişikliklərin miqyasını və xarakterini təsvir edir.
“Axının qarşısını almaq: dünya plastik çirkləndirmənin qarşısını necə ala bilər və qapalı dövrənin iqtisadi modelini necə yarada bilər” - bu, bazarda və siyasətdə konkret dəyişikliklərin qərarlara istiqamətlənmiş təhlilidir. Plastikləri necə istehsal və istifadə etdiyimiz, onların təkrar emalı prosesi ekosistemləri çirkləndirir, insanların sağlamlığı üçün risk yaradır və iqlimi sarsıdır”, - deyə UNEP-in icraçı direktoru İnqer Andersen bildirib. UNEP-in bu hesabatında plastikin ekosistemlərə və insan orqanizminə daxil olmasına mane olan dairəvi yanaşmanın tətbiqi sayəsində bu riskləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verən strategiya izah edilir. Bu strategiyaya, o cümlədən plastik çirklənməyə qarşı mübarizəyə dair saziş üzrə danışıqlarda da riayət etsək, böyük sosial-iqtisadi və ekoloji qələbələrə nail ola bilərik”.
2040-cı ilədək bütün dünya üzrə plastik çirkləndirmənin həcmini 80 faiz azaltmaq və problemin miqyasını azaltmaq üçün hesabatda əvvəlcə problemlərə səbəb olan və ondan imtina edilə bilən plastikləri aradan qaldırmaq təklif olunur. Daha sonra hesabatın müəllifləri bazarda üç dəyişikliyi - təkrar istifadə, təkrar emal, istiqamətlənmə və malların diversifikasiyasını tətbiq etməyə çağırırlar.
Təkrar istifadə edilə bilən şüşələr, səpələnən materiallar üçün dozatorlar, qablaşdırmanın qaytarılması sxemləri və digər tədbirlər də daxil olmaqla, təkrar istifadə variantlarının təşviqi 2040-cı ilə qədər plastik çirkləndirmənin həcmini 30 faiz azaltmağa kömək edəcək. Onun potensialının realizə edilməsi üçün hökumətlər təkrar istifadəni tətbiq etmək üçün daha güclü iqtisadi əsaslandırmaların yaradılmasına dəstək göstərməlidirlər.
2040-cı ilə qədər plastik çirkləndirmənin həcminin daha 20 faiz azalmasına tullantıların emalının daha sabit və gəlirli iş olduğu təqdirdə nail oluna bilər. Qazıntı yanacağının hasilatı və istehsalına subsidiyaların ləğv edilməsi, təkrar emal qabiliyyətini artırmaq üçün layihələşdirmənin rəhbər prinsiplərinə riayət edilməsinin təmin edilməsi və digər tədbirlər təkrar emal üçün iqtisadi cəhətdən yararlı olan plastik payının 21 faizdən 50 faizə qədər artırılmasına imkan verərdi.
2040-cı ilə qədər hətta yuxarıda göstərilən tədbirlər həyata keçirilsə belə, bir dəfə istifadə olunan və qısamüddətli məhsullardan ibarət 100 milyon metr ton plastikin, eləcə də artıq mövcud plastik çirkləndirmənin əhəmiyyətli bir irsinin hər il təhlükəsiz şəkildə utilizasiyası hələ də tələb olunacaq. Bu problemi həll etmək üçün təkrar emal olunmayan plastik tullantıların utilizasiyası üçün təhlükəsizlik standartlarını müəyyən etmək lazımdır. Bundan əlavə, hesabat müəlliflərinin qeyd etdiyi kimi, istehsalçılar həm də məhsullarında plastik mikrohissəciklərin olması faktına görə məsuliyyət daşımalıdırlar.
Tədqiqatın müəllifləri beynəlxalq siyasəti həyata keçirənlərə emal olunmuş materialların rəqabət qabiliyyətini artıran qlobal vergi-büdcə sistemini tətbiq etməyi və monitorinq sistemlərini və maliyyələşdirmə mexanizmlərini yaratmağı tövsiyə edirlər.