UNEP kənd təsərrüfatında plastikdən istifadədən imtina etməyə çağırır
Bakı, 18 oktyabr, AZƏRTAC
Plastik tullantılar bütün dünyada torpaq üzərində təhlükəli sürətlə toplanır. AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) yeni məruzəsində deyilir.
Kənd təsərrüfatında geniş istifadə edilən plastik - plastik örtüklü gübrələrdən başlayaraq agrolifə qədər - torpağı çirkləndirir və potensial olaraq ərzaq təhlükəsizliyinə təhdid yaradır. Mikroplastik da qida zənciri vasitəsilə orqanizmə nüfuz edərək, insan sağlamlığına təsir edir.
Sidney Universitetinin professoru, məruzənin həmmüəllifi Eleyn Beyker deyir: “Kənd təsərrüfatı üçün yararlı torpaqların miqdarı məhduddur. Biz dərk etməyə başlayırıq ki, plastikın toplanması torpağın sağlamlığına, biomüxtəlifliyə və məhsuldarlığa neqativ təsir edə bilər, bu isə ərzaq təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir”.
Vaxt keçdikcə makroplastik tədriclə mikroplastika, uzunluğu 5 millimetrdən az olan parçalara bölünür və torpağa çökür. Bu mikroplastiklər Yer kürəsinin fiziki strukturunu dəyişə və onun suyu saxlamaq qabiliyyətini məhdudlaşdıra bilir. Bu, köklərin artmasını və qida maddələrinin qəbulunu azaldaraq, bitkilərə təsir edə bilər.
Torpağın mikroplastiklə çirkləndirilməsinin əsas səbəbi - peyin kimi üzvi maddələrindən hazırlanmış gübrələrdir. Peyin mikrosferlər - sabun, şampun, kosmetika və digər şəxsi gigiyena vasitələrində adətən istifadə olunan kiçik sintetik hissəciklərlə qarışdırılır.
Beyker, həmçinin hesab edir ki, yeni məhsulların, misal üçün mikroplastik buraxmayan alternativ tekstil məmulatlarının işlənib hazırlanması üçün əlavə tədqiqatlar aparmaq lazımdır. Eyni zamanda, istehlakçılar plastik istifadələrini yenidən nəzərdən keçirməlidir, istehsalçılar isə - onlar tərəfdən istifadə olunan plastikın miqdarını azaltmalıdır.