UNESCO 42 yeni obyekti Dünya İrs Siyahısına daxil edib
Bakı, 27 sentyabr, AZƏRTAC
UNESCO Ümumdünya İrs Komitəsinin genişləndirilmiş 45-ci sessiyasında UNESCO-nun Ümumdünya İrs Siyahısına 42 yeni ərazi daxil edilib, artıq siyahıda olan 5 ərazi isə genişləndirilib.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində 21 ölkənin nümayəndələrindən ibarətdir UNESCO-nun Dünya İrs Komitəsi Ümumdünya İrs Siyahısına daxil ediləcək əraziləri araşdırmaq və təhlükədə olan Ümumdünya İrs Siyahısındakı abidələrin konservasiya vəziyyətini yoxlamaq üçün toplaşmışdı.
UNESCO-nun Ümumdünya İrs Komitəsinin genişləndirilmiş 45-ci sessiyasında Ümumdünya İrs Siyahısına 33 mədəni və 9 təbii olmaqla ümumilikdə 42 yeni irs obyekti daxil edilib. Qeydə alınan irs nümunələrindən 15-i Avropada, 12-si Asiyada, 6-sı Afrikada, 6-sı Şimali və Cənubi Amerikada, 3-ü isə Yaxın Şərqdə yerləşir.
Qeyd edək ki, 45-ci sessiyasında Azərbaycanın “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” da artıq Ümumdünya İrs Siyahısına daxil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:46]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [15:29]
Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub
- 01.10.2026 [15:26]
Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu
- 01.10.2026 [14:17]
Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə
- 01.10.2026 [12:20]
Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO
- 01.10.2026 [00:07]
“Dədə Ələsgər Ocağı”nın yeni ofisi açılıb, 5 illik hesabatı təqdim olunub
- 30.09.2026 [22:28]