UNESCO Venesiyanın dünya irsi siyahısına salınmasını istəyir
Roma, 1 avqust, AZƏRTAC
UNESCO İtaliyanın Venesiya şəhərinin təhlükədə olan dünya irsi siyahısına salınmasını tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, Venesiyanın iqlim dəyişikliyi, ağır turizm fəaliyyəti, həddindən artıq inkişaf və dəniz səviyyəsinin yüksəlməsi səbəbindən risk altında olduğu qeyd edilib. Vurğulanıb ki, məqsəd regionun gələcək üçün daha yaxşı qorunub saxlanmasını təşviq etməkdir.
Tövsiyə qəbul olunmaq üçün sentyabrın sonunda UNESCO-nun Dünya İrs Komitəsinin Ər-Riyadda keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, UNESCO iki il əvvəl də Venesiyanın təhlükədə olan dünya irsi siyahısına salınmasını təklif etmişdi. Lakin İtaliya hökuməti tərəfindən görülən bəzi təcili tədbirlər nəticəsində bu təşəbbüsün qarşısı alınmışdı.
Hazırda UNESCO-nun dünya irsi siyahısında 55 ərazi vahidi və ya obyekt var.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]