“UNIBANK” AYİB-İN KREDİT XƏTTİ HESABINA YENİ LAYİHƏ MALİYYƏLƏŞDİRMİŞDİR
Kredit xəttinin ayrılması ilə bağlı məsələləri tənzimləyən saziş 2005-ci il dekabrın 19-da imzalanmışdı. Sazişə əsasən, bu istiqamətdə ümumi məbləği 2 milyon ABŞ dolları olan xəttin açılması nəzərdə tutulmuşdur. Bu vəsait hesabına mikrolayihələrin və xırda sahibkarlıq layihələrinin hər birinin maliyyələşdirilməsinə 1 milyon ABŞ dollarının yönəldilməsi planlaşdırılmışdır.
“UniBank” AYİB-lə uzun müddətdir əməkdaşlıq edir. Bu dövr ərzində bank AYİB-dən 5 kredit xətti almışdır. Belə ki, 2002-ci ildə kiçik sahibkarlığın inkişafı üçün banka 1,5 milyon ABŞ dolları həcmində kredit xətti ayrılmış və bu məbləğ 2003-cü ildə ikiqat artırılmışdır.
2005-ci ildə AYİB “UniBank”-a ko-maliyyələşdirmə (həcmi 1 milyon ABŞ dollarından yuxarı olan iri layihələrin birgə maliyyələşdirilməsi) üçün də ümumi həcmi 5 milyon dollar olan kredit xətti təqdim etmişdir. Bu layihə çərçivəsində “UniBank” da öz vəsaitindən 5 milyon dollar ayıracaq, beləliklə, ümumi məbləğ 10 milyon ABŞ dolları təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:40]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
- 12.10.2026 [13:20]
Avropada qazın qiyməti həftəyə artımla başlayıb
- 12.10.2026 [12:45]
“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır
- 12.10.2026 [12:23]
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
- 12.10.2026 [12:09]