UNİVERSAL DÖYÜŞÇÜLƏRİMİZİN NÖVBƏTİ UĞURLU ÇIXIŞI
Bakı, 13 avqust (AZƏRTAC). Rumıniyanın Manqaliya şəhərində 14-15, 16-17 yaşlı idmançılar arasında universal döyüş üzrə Avropa birinciliyi yekunlaşmışdır. Yarışda ölkəmizin idman şərəfini yığma komandanın baş məşqçisi Fərhad Ocaqverdiyevin rəhbərliyi altında 10 idmançı qorumuşdur.
Baş məşqçinin verdiyi məlumata görə, universal döyüşçülərimizin qitə birinciliyində çıxışı uğurlu olmuşdur. Belə ki, idmançılarımız Vətənə 6 medalla dönmüşlər. Nicat Əliyev (70 kq,14-15 yaş) və Kənan Qafarlı (80 kq,16-17 yaş) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmışlar. Dünya birinciliyinin qalibi, ötənilki analoji yarışın gümüş mükafatçısı Sərxan Əfəndiyev (65 kq) 16-17 yaşlılar arasında bu dəfə də ikinci olmuşdur. Bu yaş qrupunda daha bir gümüş medalı Fərid Sahibzadə (60 kq, 16-17 yaş) əldə etmişdir. Nazir Kərimov (60 kq, 14-15 yaş) və Xan Məmmədov (+75 kq, 14-15 yaş) bürünc medala sahib çıxmışlar.
17 ölkə idmançısının iştirak etdiyi qitə birinciliyində ümumi hesabda Rusiya yığma komandası birinci olmuşdur. Ev sahibi Rumıniya yığması ikinci pillədə qərarlaşmışdır. Azərbaycan komandası isə üçüncü yeri tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]