UQANDALILAR VİKTORİYA GÖLÜNÜN SUYUNU TÜKƏDİRLƏR
BMT-nin təbii fəlakətlərin nəticələrinin azaldılması təşkilatından olan hidroloq Dəniel Kall Keniyanın paytaxtı Nayrobidə bildirmişdir ki, Uqandanın su elektrik stansiyası Viktoriya gölünün suyundan 50 il əvvəl imzalanmış müvafiq beynəlxalq müqavilənin icazə verdiyi həcmdən daha çox istifadə edir. Onun apardığı ölçmələrin nəticələrinə görə, hazırda göldə suyun səviyyəsi əvvəlkindən təxminən yarım metr aşağıdır.
Lakin Uqanda SES-in keçən ilin mart və noyabr aylarında fəaliyyəti barədə ABŞ ekoloqlarının rəsmi hesabatlarına görə, göldən su icazə verilən miqdardan, demək olar, iki dəfə çox götürülmüşdür.
Sahəsi təxminən 70 min kvadrat kilometr olan Viktoriya gölü dünyada ikinci ən böyük şirinsulu göldür. Nil çayı buradan başlanır. Göl özünün bənzərsiz faunası ilə də məşhurdur. Lanq adlı nadir balıq, 300 milyon il əvvəl olduğu kimi, yenə də ancaq burada yaşayır. O, adi balıqlarla yerüstü heyvanlar arasında bir növ birləşdirici vəsilədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]