UQO ÇAVES BRİTANİYA YOXSULLARINA YARDIM EDƏCƏK
Çaves bildirmişdir ki, Venesuelanın dövlət “Petroleos de Venezuela” şirkətinin Böyük Britaniyanın iki neftayırma zavodunda payı var. Onun fikrincə, bu, yoxsullara ucuz və ya pulsuz yanacaq təklif etməyə imkan verəcəkdir.
Londonun meri Ken Livinqstonun da olduğu mətbuat konfransında Venesuela Prezidenti Britaniya hökuməti ilə görüşmədiyini söyləyərək, bunu onunla izah etmişdir ki, səfər şəxsi xarakter daşıyır. O, Bolivar inqilabına köməyə görə Londonun merinə, Britaniya parlamentinin üzvlərinə və yerli həmkarlar ittifaqlarına təşəkkürünü bildirmişdir.
Xatırladaq ki, Uqo Çavesin təklifi ilə Venesuela Birləşmiş Ştatların yoxsullarına da bu cür yardım göstərir. Venesuelanın “Citqo Petroleum” neft şirkəti Massaçusets ştatının və Nyu-York şəhərinin bəzi rayonlarında yoxsullara yanacağı ucuz qiymətə satır. İlin əvvəlində yardım proqramı genişləndirilmiş və Men ştatında yaşayan hindi tayfaları da buraya daxil edilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]