URSULA PLASSNİK: NABUKKO PRİORİTET LAYİHƏ OLARAQ QALIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu fikri Avstriyanın federal xarici işlər naziri xanım Ursula Plassnik nüfuzlu gündəlik “der Standard” qəzetinə verdiyi müsahibəsində bildirmişdir.
Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin Gürcüstandakı vəziyyətlə bağlı Brüsseldə keçirilmiş toplantısını şərh edən U.Plassnik Nabukko qaz layihəsinin gələcəyi ilə əlaqədar sualı cavablandırarkən bildirmişdir ki, Nabukko qaz kəməri layihəsi prioritet layihə olaraq qalmaqdadır: “Baş vermiş hadisələr bir daha göstərdi ki, enerji marşrutlarının şaxələndirilməsi nə dərəcədə əhəmiyyətli bir məsələdir. Mən əminəm ki, layihə üzərində iş bundan sonra da yüksək templə davam etdiriləcəkdir”.
U.Plassnik bu günlərdə Cənubi Qafqazda yaranmış vəziyyətlə bağlı verdiyi açıqlamalarının birində regionda Avstriyanın maraqlarının gücləndirilməsi məqsədi ilə, Cənubi Qafqaz dövlətlərində ölkəsinin diplomatik nümayəndəliklərinin fəaliyyətə başlamasının vacibliyini vurğulamışdır. Nazir demişdir ki, ilk olaraq Bakı və Tbilisidə, bir müddətdən sonra isə Yerevanda Avstriya səfirliklərinin açılmasını planlaşdırıram.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]