Uşaq bağçasından oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 11 sentyabr, AZƏRTAC
Paytaxtın Yasamal rayonunda oğurluqla məşğul olan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, M.Naxçıvani küçəsindəki uşaq bağçalarının birindən 24 min 420 manat dəyərində məişət əşyaları, pianino, kompüter, çılçıraq, 13 ədəd istilik radiatoru, 6 şəkil, 2 kondisioner və 5 müşahidə kamerası oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Hüseynzadə Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktla bağlı araşdırma aparılır.