UŞAQ HÜQUQLARININ MÜDAFİƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Birlikdən AZƏRTAC-a bildirmişlər ki, Gənclər günü münasibətilə keçirilən tədbirin məqsədi uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi sahəsində çalışan mütəxəssislərin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin diqqətini bu problemə cəlb etmək, onun düzgün həlli yollarını araşdırmaqdır.
Dəyirmi masada respublikada fəaliyyət göstərən uşaq və gənclər təşkilatlarının nümayəndələri, dövlət strukturlarında və beynəlxalq təşkilatlarda çalışan mütəxəssislər iştirak etmişlər.