Uşaq musiqi məktəbinin yeni uğuru
Bakı, 29 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 33 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Xədicə Vəliyeva Qazaxıstanın Nur-
Sultan şəhərində keçirilən “El Gran Astor” I beynəlxalq instrumental musiqi müsabiqəsində uğurla iştirak edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, Xədicə Vəliyeva fortepiano nominasiyası üzrə 11-13 yaş kateqoriyasında I dərəcəli laureat adına layiq görülüb.
Qeyd edək ki, buna qədər gənc istedad 2019-cu ildə Bakı Musiqi Akademiyasında S.Hacıbəyovun 100, İ.Hacıbəyovun 70 illiyinə həsr olunmuş gənc musiqiçilərin respublika festivalında diplomant, həmçinin Azərbaycan Gənclər İttifaqının, Azərbaycan İncəsənət və Mədəniyyət Birliyinin keçirdiyi "Art Olimpiya - 2021” beynəlxalq incəsənət müsabiqəsində birinci yerə layiq görülüb.
Müsabiqənin münsiflər heyəti tərəfindən gənc istedadın müəllimi Aidə Şeyxovaya “Təşəkkürnamə” təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]
QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir
- 15.10.2026 [12:20]
Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO
- 15.10.2026 [12:20]
Milli Kitabxanada “Xalq artisti Ramiz Mustafayev - 100” adlı sərgi açılıb
- 15.10.2026 [12:05]