Azərbaycan Dövlət İnformasiya Agentliyi

UŞAQ XƏSTƏXANASININ AÇILIŞI

UŞAQ XƏSTƏXANASININ AÇILIŞI

Yevlax, 2 mart (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Yevlax şəhərində uşaq xəstəxanasının açılışında iştirak etmişdir.

Xəstəxananın kollektivi dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladı.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və xəstəxana ilə tanış oldu.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, smeta dəyəri 4 milyon manata yaxın olan xəstəxana kompleksi dövlət vəsaiti hesabına tikilmişdir. Kompleks üçmərtəbəli əsas korpusdan, yoluxucu xəstəliklər korpusundan və yardımçı binalardan ibarətdir.

Əsas korpusun sahəsi 2976 kavdratmetrdir. Burada 86 otaq vardır. 760 kvadratmetr sahəsi olan yoluxucu xəstəliklər korpusunda isə 33 otaq yerləşir.

Xəstəxananın mərkəzləşdirilmiş istilik sistemi var.

Uşaq xəstəxanası poliklinika, qəbul, reanimasiya, somatik və laboratoriya şöbələrindən ibarətdir.

Burada ən müasir rentgen, ultrasəs müayinə aparatları quraşdırılmış, göz və burun-boğaz xəstəlikləri, cərrahiyyə, stomatoloji kabinetlər yaradılmışdır.

Dövlətimizin başçısı və xanımı peyvənd otağı, ultrasəs müayinəsi, rentgen, kardioloji kabinetlərə, oyun zalına, palatalara baxdılar.

Prezident İlham Əliyev tibb işçilərinə xəstəxanada uğurlu fəaliyyət arzulayaraq dedi ki, gözəl xəstəxanadır, həm uşaqların müalicəsi üçün çox gözəl şərait yaradılıb, həm də həkimlər üçün iş şəraiti çox yaxşıdır. Sizi təbrik edirəm və arzulayıram ki, burada siz uşaqlara yaxşı baxasınız, onları yaxşı müalicə edəsiniz.

Həkim KƏMALƏ MƏMMƏDOVA kollektiv adından minnətdarlıq edərək dedi: - Möhtərəm cənab Prezident, respublikamızın bütün bölgələrində olduğu kimi, Yevlaxda da insanlar Sizin gəlişinizi çox böyük səbirsizliklə, çox böyük sevinclə gözləyirlər. Yevlaxa hər dəfə səfəriniz zamanı şəhərimizə yeni həyat gətirirsiniz.

Cənab Prezident, burada ucalan möhtəşəm, əzəmətli binanın yerində 1934-cü ildə inşa olunmuş köhnə, tam təmirsiz bir bina var idi. Burada şəhərimizin 53 min balaca sakininə xidmət göstərmək üçün, eyni zamanda, qan xəstəliklərinin, infeksion xəstəliklərin müalicəsi üçün lazım olan tibbi şərait yox idi. Elə bu səbəbdən də valideynlər öz xəstə uşaqlarını müalicə etdirmək üçün Bakıya, digər şəhərlərə üz tutmaq məcburiyyətində qalırdılar. İndi isə Sizin diqqət və qayğınız sayəsində ucaldılan möhtəşəm sağlamlıq ocağı bu və ya digər xəstəliklərin müalicəsinə ən böyük töhfəsini verəcəkdir.

Bizim xəstəxananın məhz “Uşaq ili” elan olunan 2009-cu ildə istifadəyə verilməsi körpələr üçün, balacalar üçün ən böyük töhfədir. 2008-ci ildə doğulan uşaqların sayı 2089 nəfər olmuşdur. Bu, 2003-cü illə müqayisədə iki dəfə artıqdır. Şəhərimizin azyaşlı sakinləri ən müasir avadanlıqla təchiz olunmuş bu xəstəxanada ən yüksək tibbi xidmət ala biləcəklər. Bu isə Sizin müasir Azərbaycanın xoşbəxt, sağlam gələcəyi naminə gördüyünüz işlərin bariz nümunəsidir. Möhtərəm Prezidentimiz, bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, əzizimiz, sevimlimiz Mehriban xanım Əliyevanın burada iştirakından istifadə edərək, ölkəmizdə ana və uşaqların sağlamlığına göstərdiyi qayğıya, himayədarlığa görə ona dərin minnətdarlığımızı, ən xoş arzularımızı çatdırırıq.

Möhtərəm Prezident, 2007-ci ilin oktyabr ayında Yevlaxa səfəriniz zamanı şəhərimiz haqqında dediyiniz sözlər heç vaxt yaddaşımızdan silinməyəcəkdir. Siz Yevlaxın Azərbaycanın ən inkişaf etmiş şəhərləri sırasında olduğunu demişdiniz. Həqiqətən də, Sizin sayənizdə şəhərimiz günü-gündən gözəlləşir, simasını dəyişir. Bizim şəraitimiz də günü-gündən yaxşılaşır. Buna görə, belə gözəl, abad, yaraşıqlı şəhərimizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Çox sağ olun.

İLHAM ƏLİYEV: Mən hər dəfə Yevlaxda olanda, burada yenilikləri görəndə çox sevinirəm. Müxtəlif vaxtlarda Yevlaxda dəfələrlə olmuşam. Son beş il ərzində bu, mənim Yevlaxa üçüncü səfərimdir. 2007-ci ildə son dəfə burada olmuşam və o vaxt dediyim sözlər bu gün də qüvvədədir. Yevlax getdikcə daha da gözəlləşir, daha da müasirləşir, çox gözəl binalar tikilir, çox gözəl abadlıq işləri aparılır. Bax, bu meydan, Heydər Əliyev prospektinin abadlaşdırılması, binaların təmiri - bütün bunlar yəqin ki, sizi də sevindirir, məni də sevindirir. Yevlaxa gələn hər bir vətəndaş bunu görür. Mən çox şadam ki, son illər ərzində Yevlaxda nəinki gördüyümüz bu dəyişikliklər baş verib, eyni zamanda, rayonun iqtisadi potensialı möhkəmlənibdir. Deyə bilərəm ki, son beş il ərzində Yevlax iqtisadi inkişaf baxımından Azərbaycanda ən sürətlə inkişaf edən rayonlardan biridir. Yevlaxda son beş ildə ümumi daxili məhsul bir neçə dəfə, 3-4 dəfə artıbdır. Bu, onu göstərir ki, burada görülən işlər, aparılan islahatlar, quruculuq çox yüksək səviyyədədir. Azərbaycanın hərtərəfli inkişafı üçün iqtisadiyyatın bütün sahələri inkişaf etməlidir. Azərbaycanın iqtisadi inkişafı dünyada ən sürətlidir. Son beş ildə bizimlə bu sahədə rəqabət aparmaq qabiliyyətində olan başqa ölkə yoxdur. Bəzi hallarda məsələni dərindən bilməyən, yaxud da ki, Azərbaycana qısqanclıqla yanaşan qurumlar bizim iqtisadi inkişafımızı ancaq neft amili ilə bağlayırlar. Guya neftin hasilatı hesabına Azərbaycanda iqtisadiyyat 2,6 dəfə artıbdır. Amma Yevlaxın timsalında, digər rayonların timsalında biz görürük ki, qeyri-neft sektorunun əsasında iqtisadiyyat necə sürətlə inkişaf edir. Yevlax rayonunun iqtisadi artımı 3-4 dəfə olubdur, digər rayonlarda da buna bənzər mənzərə müşahidə edilir. Yəni bu, onu göstərir ki, ilk növbədə, aparılan islahatlar, qoyulan vəsaitlər, yerli sahibkarlığın inkişafı, yerli icra orqanlarının səmərəli fəaliyyəti bütün bu uğurlara səbəb olubdur.

Siz də Yevlaxda yaşayırsınız, yevlaxlısınız və şəhərin sürətli inkişaf dinamikasını sizdən yaxşı bilən yoxdur. Siz də bunu görürsünüz, mən də görürəm. Mən çox şadam ki, bu gün Yevlax Azərbaycanın ən qabaqcıl rayonlarından biridir və burada gedən işləri çox yüksək qiymətləndirirəm. Yerli icra orqanlarının fəaliyyətini, xüsusilə icra hakimiyyəti başçısının fəaliyyətini çox yüksək qiymətləndirirəm. Bunu da hamı bilməlidir. İş yaxşı gedəndə, bunu hamı deməlidir, pis gedəndə, əlbəttə ki, tənqid olunmalıdır.

Belə gözəl tibbi müəssisənin yaradılması da bugünkü Azərbaycanın reallığıdır. Azərbaycan dövləti, ilk növbədə, sosial məsələlərin həllinə çalışır. Baxmayaraq ki, dünyada indi çox böyük iqtisadi və maliyyə böhranı hökm sürür, Azərbaycanda bunu yəqin ki, çox adam hiss etmir. Vətəndaşlar, büdcə təşkilatlarında işləyən insanlar, əminəm ki, bunu hiss etmirlər. Əksinə, bəzi hallarda qiymətlərin düşməsi hesabına yaşayış səviyyəsi daha da yaxşılaşır. Biz növbəti illərdə də sosial məsələlərin həlli, insanların yaxşı yaşaması, tibbi xidmətin daha da yüksək səviyyəyə qaldırılması üçün səylərimizi əsirgəməyəcəyik, Azərbaycanda bütün bölgələrdə çox güclü tibbi xidmət göstərilməlidir. Bu gün günorta Bərdə şəhərində müasir diaqnostika-müalicə mərkəzinin açılışında iştirak edirdim, indi isə burada uşaq xəstəxanasının açılışındayam. Bir müddətdən sonra biz Yevlaxda böyük xəstəxananın açılışında iştirak edəcəyik, onun da tikilməsi haqqında göstərişlər verilibdir.

Yəni, bir sözlə, biz öz sosial siyasətimizi bundan sonra da davam etdirəcəyik və Yevlaxın timsalında biz bu gözəl nailiyyətləri görürük. Mən ümid edirəm ki, növbəti dəfə Yevlaxa gələndə burada daha yeni gözəl işləri görəcəyəm. Sizə, bütün yevlaxlılara bu işlərdə yeni uğurlar arzulayıram. Bir daha sizi təbrik edirəm.

X X X

Azərbaycan Prezidenti xəstəxananın kollektivi ilə xatirə şəkli çəkdirdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib