UŞAQLARIN ƏL İŞLƏRİNDƏN İBARƏT MODA RƏSM SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda “Esmiralda” uşaq rəsm studiyası üzvlərinin əl işlərindən ibarət moda rəsm sərgisi açılmışdır.
Sərgidə tamaşaçılara 10-a yaxın uşağın 70-dən artıq rəsmi təqdim olunur.
Açılış mərasimində əməkdar rəssam Ənvər Qarayev, sənətşünaslıq doktoru Kübra Əliyeva və başqaları rəsm studiyasının uğurlu fəaliyyətindən, burada təsviri sənətin sirlərinə yiyələnən uşaqların respublika və beynəlxalq sərgilərdə iştirakından söz açmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]