UŞAQLARIN SOSİAL İNTEQRASİYASI SAHƏSİNDƏ MÖVCUD VƏZİYYƏT ÖYRƏNİLİR
AZƏRTAC xəbər verir ki, YUNİSEF-in Azərbaycan ofisi ilə Ədliyyə, Daxili İşlər və Təhsil nazirlikləri arasında əməkdaşlığa və illik iş planlarına uyğun olaraq, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı yeni layihə həyata keçirir.
Layihə çərçivəsində üç ay ərzində uşaqların sosial inteqrasiyası sahəsində mövcud vəziyyəti öyrənmək üçün araşdırma aparılacaqdır. Pilot layihə MDB məkanında, Mərkəzi və Şərqi Avropada ilk dəfə olaraq Azərbaycanda təşkil edilir.
Araşdırma Ədliyyə Nazirliyinin tabeliyindəki uşaq tərbiyə müəssisəsində, yetkinlik yaşına çatmayanların saxlanılması üçün nəzərdə tutulan Bakıda və Gəncədə yerləşən məhkəməyədək müvəqqəti saxlama təcridxanalarında, habelə Təhsil Nazirliyinin Mərdəkan qəsəbəsində və Quba rayonundakı xüsusi tədris müəssisələrində aparılacaqdır.