ÜST: Koronavirusun yeni mutasiyalarının aşkar olunduğu ölkələrin sayı artmaqda davam edir
Bakı, 10 fevral, AZƏRTAC
Yoluxma sayı ötən həftə 3,1 milyon idi ki, bu da ondan öncəki həftə ilə müqayisədə 17 faiz az təşkil edir. Bu, 26 oktyabrda (15 həftə əvvəl) başlayan dövrdən ən aşağı həftəlik göstəricidir. Koronavirusdan ölümlərin sayı ikinci həftədir, ardıcıl olaraq azalır.
AZƏRTAC xəbər verir ki, bu məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son açıqlamasında yer alır.
Bildirilir ki, ötən həftə 88 min ölüm faktı qeydə alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 10 faiz azdır.
ÜST-nin məlumatına görə, koronavirusun yeni mutasiyalarının aşkar olunduğu ölkələrin sayı artmaqda davam edir. Britaniya ştammı artıq 86 ölkədə aşkarlanıb. Eyni zamanda, Cənubi Afrika ştammı 44 ölkədə qeydə alınıb. Bununla yanaşı, 15 ölkə də öz ərazisində Braziliya/Yaponiya ştammının aşkarlandığını açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]