Usta cüdoçularımız Avropa çempionatının fərdi yarışlarında 19 medal qazanıblar
Bakı, 5 iyun, AZƏRTAC
Yunanıstanın Heraklion şəhərində keçirilən usta cüdoçular arasında Avropa çempionatının fərdi yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, komandamız yarışı 9 qızıl, 5 gümüş və 5 bürünc medalla başa vurub.
Azərbaycan komandası yekun nəticələrə görə, 19 medalla ümumi hesabda birinci yeri tutub.
İdmançılarımız iyunun 5-də komanda yarışlarına qoşulacaqlar.