CƏMİYYƏT
Vanuatunun iqlim dəyişmələri naziri: Pre-COP29-da aparılan müzakirələr mühüm bir addımdır
Bakı, 11 oktyabr, AZƏRTAC
“Pre-COP29-da aparılan müzakirələr inkişaf etməkdə olan kiçik ada dövlətləri və ən az inkişaf etmiş dövlətlər üçün uyğunlaşmanın sürətləndirilməsi baxımından mühüm bir addımdır. Bizim seçim şansımız yoxdur və həyatda qalmağımız üçün uyğunlaşma zəruridir”.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda Pre-COP29 konfransı çərçivəsində keçirilən iqlim və inkişafa dair nazirlər səviyyəsində iclasda Vanuatunun iqlim dəyişmələri naziri Con Salong deyib.
O qeyd edib ki, Vanuatu təhlükə altındadır: “Bu təhlükə raketlərə və ya hərbi təcavüzə görə deyil, bəşəriyyəti və planeti öldürən qalıq yanacaqlardan ayrıla bilməməsi səbəbindən baş verir.
2025-ci ilə qədər uyğunlaşma maliyyəsini ikiqat artırmaq vədi zəruri olsa da, qlobal miqyasda illik 536 milyard maliyyə hədəfinə çatmaq üçün bütün səyləri təcili şəkildə cəlb etmək lazımdır”.